"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik "qırmızı şeytanlar"ın gələcəkdə hansı transfer siyasətindən istifadə edəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 63 yaşlı mütəxıssisin dediklərini belə çatdırıb:
“Əvvəllər necə olduğunu və əvvəlki məşqçilərin transferlərə necə təsir etdiyini bilmirəm. Son iki klubumda menecerin razılığı olmadan heç vaxt futbolçu ilə müqavilə imzalamamışıq və əminəm ki, Erik ten Haq da eyni fikirdədir. Mən həm də əminəm ki, Erik öz təkliflərini verəcək və sonra idarə heyəti ilə birlikdə, xüsusilə, mənimlə düzgün oyunçuları seçəcəyik”.
Emin