"Liverpul" rəhbərliyi komandanın almaniyalı baş məşqçisi Yürgen Klopp ilə müddəti 2026-cı ilə qədər olan yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
54 yaşlı Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. Onun rəhbərliyi altında "qırmızılar" 2020-ci ildə, son 30 ildə ilk dəfə İngiltərə çempionu olub. Klopplu "Liverpul" 2022-ci ildə İngiltərə Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və Klublararası Dünya Çempionatını qazanıb.
Emin