“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik yaxın zamanlarda Avstriya millisini çalışdırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Kurier" saytı məlumat yayıb.
63 yaşlı alman mütəxəssis Avstriya Futbol İttifaqı ilə əməkdaşlığa razılıq verib. Aprelin 29-da federasiya rəhbəri Cerard Milletiç Ranqnikin namizədliyini qurumun rəyasət heyətinə təqdim edəcək və məşqçinin təyinatı cümə günü açıqlana bilər.
Emin