Mövsümün sonunda "Mançester Yunayted"in baş məşqçisi qismində fəaliyyətə başlayacaq Erik ten Haqın klub rəhbərliyindən israrla istədiyi hücumçunun adı bəlli olub.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı iyunda "Yuventus"dan ayrılacaq Paulo Dibalanın heyətə qatılmasını prioritet hədəf sayır.
Mənbə MY-nin daha öncə də maraqlandığı argentinalı hücumçunun karyerasını bu klubda davam etdirmək ehtimalını yüksək qiymətləndirib.
Qeyd edək ki, yayda azad agentə çevriləcək Dibalanı Milan "İnter"i, London "Arsenal"ı, "Mançester Siti" və "Tottenhem Hotspur" da da istəyir.
Nihat