"Milan"ın hücumçusu Zlatan İbrahimoviç "San Raffaele" xəstəxanasında agenti Mino Rayolanı ziyarət edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Bir müddət əvvəl xarici media uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkən və hətta əməliyyat edilən Rayolanın ölüm xəbərini yayıb. Daha sonra agentin köməkçisi və Rayola özü onun ölümü ilə bağlı məlumatı təkzib ediblər.
Rayola təxminən dörd aya yaxındır ki, xəstəxanadadır.
Məşhur agent 20-dən çox tanınmış futbolçunun meneceridir. Onların arasında Zlatan İbrahimoviç ("Milan"), Erlinq Holand (Dortmund "Borussiya"sı), Pol Poqba ("Mançester Yunayted"), Canluicci Donnarumma (PSJ), Matteys de Liqt ("Yuventus") də var.
Mirağa