"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Futbol Assosiasiyasının (FWA) ənənəvi sorğusunda İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, misirli ulduz ikinci dəfədir ki, ingilis jurnalistlərin seçimində ən yaxşı seçilir.
O, 2018-ci ildə də eyni mükafatı alıb.
Salah bu mövsüm bütün turnirlərdə 44 oyunda 30 qol vurub və 14 məhsuldar ötürmə edib.
Səsvermədə Salah 48 faiz səs toplayıb. Səslərə görə ikinci yerdə “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne, üçüncü yerdə isə “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays qərarlaşıb.
“Çelsi”nin hücumçusu Sem Kerr ən yaxşı qadın futbolçu seçilib. Avstraliyalı 18 qolla İngiltərə qadın futbolunun ən yüksək reytinqi olan Super Liqanın bombardiridir.
Salah və Kerr mükafatları mayın 5-də təqdim olunacaq.
Nihat