"Aston Villa"nın yarımmüdafiəçisi Eşli Yanq futbolçu kareyrasını bitirmək niyyətində olmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Birmingham Mail" onun söylədiklərini belə çatdırıb:
"Yaxşı formadayam. Hər hansı yüklənmə hiss etmirəm. Belə də davam etmək niyyətindəyəm. Bugünlərdə agentimlə görüşdüm. Ona 40 yaşıma qədər oynamaq istədiyimi dedim. Yaxın gələcəkdə karyeramı bitirmək fikrim yoxdur. 36 yaşımın olması heç nəyi dəyişmir. Bu, sadəcə rəqəmdir".
Bu mövsüm "Aston Villa" formasıyla bütün turnirlərdə 23 matça çıxan Yanq 2 qol ötürməsi ilə yadda qalıb.
Nihat