İngiltərənin Premyer Liqa təmsilçilərindən olan "Börnli"nin rəhbərliyi Ueyn Runini baş məşqçi postuna gətirməyi planlaşdırır.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, çempionatda işləri yolunda getməyən və elitadan düşmək təhlükəsi yaşayan klubun bossları Runiyə Şon Dayçın əvəzləyicisi gözü ilə baxır.
İngiltərə millisinin keçmiş hücumçusu "Börnli" rəhbərliyinin əsas hədəfidir. Lankaşir qraflığını təmsil edən klubun sahibləri yalnız Ueyn təklifdən imtina edəcəyi halda, digər namizədləri nəzərdən keçirəcəklər.
Xəbərə görə, 36 yaşlı Runi də Premyer Liqada məşqçilik etmək istəyindədir və onun bu təklifə müsbət cavab vermək ehtimalı yüksəkdir.
Mirağa