"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik Avstriya millisini çalışdıracaq.
Fanat.Az xəbər verir ki, o, təyinatı ilə bağlı Avstriya Futbol İttifaqının rəsmi saytına danışıb:
"Bu komandanın baş məşqçisi olmaq mənim üçün şərəfdir. Almaniyada keçiriləcək Avro-2024-ə qatılmaq hədəfini özüm üçün xüsusi motivasiya sayıram. Uğura ac və perspektivli kollektivlə bu missiyanı həyata keçirməyə çalışacağıq".
Xatırladaq ki, Ranqnik ötən ilin 3 dekabr tarixində MY-yə müvəqqəti baş məşqçi təyin edilib. Alman mütəxəssis cari mövsümün sonunda postunu niderlandlı Erik ten Haqa təhvil verərək özü klubun strukturunda başqa vəzifə tutacaq.
Son məlumatlara görə, Ranqnik eyni vaxtda iki işdə çalışa bilər. Belə ki, ona "Mançetser Yunayted"dəki işlərini görmək üçün ayda cəmi 6 gün kifayət edəcək.
Nihat