"Barselona" yeni müdafiəçi transfer etməyə yaxındır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubunun nümayəndələri "Selta"nın müdafiəçisi Xavyer Qalanın agenti ilə əlaqə saxlayıb.
Mənbə İspaniya nəhənginin baş məşqçisi Xavinin 27 yaşlı futbolçunun oyununu bəyəndiyini və ona komandanın 33 yaşlı sol cinah müdafiəçisi Jordi Albanın əvəzləyicisi gözüylə baxdığını açıqlayıb.
"Selta" Xavyer Qalanı ötən ilin yayında, 4 milyon avro qarşılığında "Ueska"dan transfer edib. Bu mövsüm Viqo təmsilçisində bütün turnirlər daxil olmaqla, 34 matça çıxan arxa xətt oyunçusu 3 məhsuldar ötürmə müəllifi olub.
Nihat