“Milan”ın hücumçusu Olivye Jiru İtaliya A Seriyasında Skudetto uğrunda mübarizədən danışıb.
Fanat.Az xəbər verir ki, "Football Italia" fransalı forvardın açıqlamasına yer verib:
“Mövsümün sonunda biz daha çox təzyiq hiss edirik. Lakin komanda diqqətini növbəti oyunda qələbə qazanmağa yönəldib. Hər birimiz bu çempionluğu xəyal etməli, düşünməli və nəfəs almalıyıq. Skudetto qazanmaq istəyirik. Qələbə qolunu mən yox, başqası vursa, buna etiraz etmərəm. Mən sadəcə, "Milan"ın qalib gəlməsini istəyirəm. Biz hamımız çox gözəl bir sonluq yaşamaq istəyirik".
"Milan" İtaliya çempionatında 34 oyundan sonra turnir cədvəlində "İnter"i 2 xal qabaqlayaraq birinci yerdədir.
Cari mövsümdə Jiru bütün turnirlərdə "Milan"ın heyətində 34 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa