PSJ klubunun hücumçusu Kilian Mbappe Fransa Liqa 1-in 35-ci turunda keçirilən "Strasburq"la oyunun (3:3) nəticəsini şərh edib.
Fanat.Az ulduz forvardın "L’Equipe"yə açıqlamasından sitat gətirir:
“Start çətin alındı. Amma toparlanıb geri dönüş bacardıq. Sonra lazım olanı etdik, önə keçdik və fərqi artırdıq. Bununla belə, nəticəni saxlamaq alınmadı. Üzgünük, amma rəqibi təbrik etmək lazımdır.
Üstünlüyü necə əldən verdik? Biz çempionuqsa, artıq nəsə izah etməyə ehtiyac yoxdur. Əlimizdən gələni etməyə çalışırıq. Yaxşı oynadıq, amma ilk 10-15 dəqiqə ölümcül oldu. "Strasburq" yaxşı komandadır, əla mövsüm keçirirlər. Düşünürəm ki, bizi döymək üçün əllərinə çubuq verdik. Amma PSJ ilə matçlarda müsbət nəticə qazanmağı bacaran komandaların xidmətlərini aşağılamayın. Məsələ onda deyil ki, biz daha pis oynadıq, onlar görüşün gedişatını dəyişdirə bildilər”.
Mirağa