“Mançester Siti”nin keçmiş müdafiəçisi Vinsent Kompani “Bernli”ni çalışdıracaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Telegraph" məlumat yayıb.
Xəbərə görə, klub prezidenti Alan Peys Kompanini baş məşqçi postuna iddialılardan biri hesab edir.
Qeyd edək ki, namizədlər siyahısında Ueyn Runi, Kris Uaylder və Karlos Karvalhal var.
Emin