Azərbaycan Region Liqasının final mərhələsinə hazırlaşan "Araz-Naxçıvan" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
Fanat.Az xəbər verir ki, Azər Bağırovun baş məşqçisi olduğu kollektiv may ayının 6-dək məşqlərini Ərzurum şəhərində davam etdirəcək.
Ərzurumun "Palan" otelində məşkunlaşan "qırmızı-ağlar" 10 gün ərzində 3 yoxlama görüşü keçirməyi planlaşdırır ki, artıq ilk sınaq matçı baş tutub. "Araz-Naxçıvan" "Yakutiyespor"la güclü yağış altında baş tutan qarşılaşmada inamlı qələbə qazanıb - 4:1. Komandanın heyətində Pərvin Rüstəmov dubl edib. Digər iki qolun müəllifi isə Sabir Məmmədov və Ayxan Həsənov olub.
"Araz-Naxçıvan" "Ərzurum bələdiyyəspor"la 2 oyun keçirəcək ki, bu rəqiblə ilk görüş sabah olacaq.
Qeyd edək ki, Naxçıvan təmsilçisi Region Liqasının yarımfinalında "Xan Lənkəran"la qarşılaşacaq.
Mirağa