13:58 30.04.2022 666

\"Araz-Naxçıvan\"ın baş məşqçisi iddialı danışdı: \"Çalışacağıq ki, adımızdan söz etdirək\"

Növbəti mövsüm Birinci Divizionda çıxış edəcək "Araz-Naxçıvan" hazırda Türkiyədə təlim-məşq toplanışındadır. Düzdür, komanda Region Liqasının final mərhələsinə hazırlaşır. Bununla belə, Naxçıvan təmsilçisi artıq indidən divizionu da fikirləşə, planlarını ona uyğun qura bilər.

Fanat.Az "Araz-Naxçıvan"ın PRO kateqoriyalı baş məşqçisi Azər Bağırovla yaxın və uzaq planlar barədə söhbətləşib:

- Türkiyədə hazırlıq necə gedir? 
- Ayın 26-da gəlmişik Ərzuruma. Mayın 5-də hazırlığı başa vuracağıq. Ümumilikə üç oyun keçirməliyik. Artıq birini oynamışıq. Hazırlıq hələki planlaşdırdığımız kimi davam edir. Zədəlilərimiz yoxdur. Sabah növbəti oyunumuz olacaq. Sonuncu yoxlama görüşü isə mayın 4-nə təyin olunub. İnşallah, 5-i Naxçıvana önəcəyik.
 
- Birinci divizionda iştiraka icazə verilməsini necə qarşıladınız? 
- Əlbəttə, çox xoş olu. Xəbəri burda məşqdən çıxanda eşitdik. Dost-tanış hamı mesaj yazıb təbrik edirdi. Fikirləşirəm ki, böyük yükün altına girdik. Məsuliyyətimiz birəbeş artdı. Naxçıvan futboluna yeni adlar qazandırmalıyıq. 

- "Araz-Naxçıvan" buna nə qədər hazırdır? 
- Hazırda Region Liqasında çıxış edən heç bir komanda bu dəqiqə deyə bilməz ki, Birinci Divizionda oynamağa hazıram. Bu, absurd iddia olar. İşimizi fundamental qurmalıyıq. Sağlam, rəqabətədavamlı komanda qurmaq üçün dəyişikliklər olmalıdır, olacaq. Odur ki, indiən "hazırıq" deyə bilmərəm. Hazırda Region Liqasının final mərhələsinə hazırlaşırıq.

- Konkret, heyətdə nə kimi dəyişiklik gözlənilir? Yeni adlar arasında tanınan futbolçulardan kimləri görə biləcəyik?
- İlk növbədə onu deyim ki, artıq bir yeni futbolçu bizə qoşulub. Bu, Vüqar Bəybalayevdir. Onun təcrübəsinə güvənirik. Bir həftə olar bizimlədir.
Hər liqanın bəlli səviyyəsi, uyğun standartları var. Bu standartlara uyğun futbolçular seçmək mütləqdir. Əsas məqsədimiz bu gün Naxçıvanda olan futbolçulardan maksimum istifadə etməklə komanda qurmaq, onların potensialını açmaqdır. Hazırda "Araz-Naxçıvan"da elə futbolçular var ki, hətta gələcəkdə Premyer Liqada oynamaq potensialına sahibdirlər. Ancaq Birinci Diviziondakı təzyiqdən keçə bilsələr...Divizionun tələbləri, standartları fərqlidir.

- Sirr deyilsə, komandanın büdcəsi nə qədər olacaq? 
- Səmimi deyirəm, hələ bilmirəm. Çünki hazırda Regional Liqasındayıq, yarışı bitirməmişik. Birinci Divizion üçün büdcə fərqli olmalıdır. Açığı, klubun rəhbərliyinə, federasiyanın prezidenti Vüqar Abbasova təkliflərimi vermişəm. İdeal komanda üçün tələblərin nə olduğunu çatdırmışam. Rəhbərlik təkliflərimi isti qarşılayıb. İnanıram ki, hər şey istədiyim şəkildə olacaq və ideal komanda formalaşdırmaq üçün standartlağa uyğun büdcə hazırlanacaq.

- Komandanın iddiası nə olacaq?
- Uduzmağı sevməyən insan kimi, həmişə iddialı olmağa çalışmışam. İstər Premyer Liqada, istər divizionda işləyəndə həmişə komandamın yaxşı oynamağını, baxımlı futbol sərgiləməyini, əzmkarlıq nümayiş etirməsini istəmişəm və bunu hardasa, bacarmışam. Yenə çalışacağam ki, "Araz-Naxçıvan" yaxşı mənada adından söz etdirsin.  

Mirağa Mirzəyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X