11:48 04.03.2014 731

Şahin Diniyev :"Neftçi"nin çempionluqdan əli üzülməyib" - Müsahibə

 Şahin Diniyevin müsahibəsini təqdim edirik. Millinin və "Rəvan"ın sabiqi  "Neftçi" - "Qarabağ" oyununa da özünə məxsus tərzdə yanaşıb.

- Premyer Liqanın gedişatını necə dəyərləndirərdiniz?

- Deyərdim ki, qarışıq vəziyyət hökm sürür. Yəni sabit komanda yoxdu. Asan oyun, rahat qazanılan xal yoxdu. Xal qazanmaq olduqca çətindi. Komandalarda yaxşı oyunçuların çox olması çempionata maraq yaradır. "Qəbələ" və "Neftçi"nin son dövrədəki xal itkiləri onları çempionluq uğrunda mübarizədən geri salır. "Qarabağ" hələ ki, davam edir. "Bakı" və "İnter"in də çempionluq uğrunda mübarizəyə qoşulması yaxşı haldı. Yəni əvvəl 3 komanda çempionluq uğrunda mübarizə aparırdısa, indi mübarizə 5 komanda arasında gedir. "Xəzər Lənkəran" da özünü tapmağa çalışır, oyun planında dəyişikliklər var. AZAL-da bəxt amili öz sözünü deyir. Komanda oynayır, amma son nöqtəni qoymaq üçün nəsə çatışmır. Təbii ki, burada bəxtsizlik də öz sözünü deyir. "Rəvan"la "Sumqayıt" son dövrədə xallar qazanmağa başlayıb.

 - Sizcə, "Qarabağ" bu gedişlə illər sonra çempionluq sevinci yaşaya biləcək?

- 3 xallıq sistemdə bunu demək çətindi. "Qarabağ" çempionluğa doğru inamla irəliləyir. Ancaq hələ mövsümün bitməsinə 12 tur var. Yəni indidən nəsə demək tezdi. 2-3 oyun kifayət edər ki, yeni lider müəyyənləşsin.

 - Son turda "Neftçi" - "Qarabağ" oyununu izlədiniz?

- Bəli.

- Bu oyunda baş verən qalmaqallı epizodlarla bağlı nə deyə bilərsiz?

- Bu işi hakimlərin öhdəsinə buraxmaq lazımdı. Mənim "var" və ya "yox" deməyim düzgün olmaz. Oyundan sonra videoyazı izlənilir. Elə şeylər var ki, onları Hakimlər Komitəsi biz mütəxəssislərdən daha yaxşı bilir. Çünki biz isti-isti qərar qəbul edirik. Amma onlar oyunu analiz etdikdən sonra hansısa bir qərar qəbul edir. Artıq həmin oyunda nələrin düzgün və ya yalnış olmasına onlar qərar verməlidi. Hakimin verdiyi qərara münasibət bildirmək, mənə elə gəlir ki, məşqçinin üzərinə düşən iş deyil.

 - Son 3 ilin çempionunun hazırda 5-ci pillədə olmasına səbəb nədi? Yəni aşkar görünür ki, "Neftçi"də problemlər var...

- Komandada problemin olduğu görünür. Bunu hamı görür. Lakin problemin nə olmasını ən dəqiq bilənlər komandanın içində olanlardı. Kənardan çox şey görünə bilər, amma rəhbərlik və məşqçilər bunu daha yaxşı bilir. Hələ ki, "Neftçi"nin çempionluqdan əli üzülməyib. Komandada yaxşı futbolçular var. Ancaq nə qədər ki, gec deyil, komandanı toparlamaq, sakitləşdirmək lazımdı. Futbolçular bir az əsəbidi. Bu problemlər həll olunduqdan sonra "Neftçi"də hər şey öz qaydasına düşəcək.

 - Qeyd etdiyiniz kimi, "Rəvan" bu dövrədə xal qazandı. Bir həftədə autsayder pilləsindəki adlar 2 dəfə dəyişdi. Sizcə, Güvənç Kurtar "Rəvan"a lazım olan baş məşqçidi?

- 2 turdan sonra "Sumqayıt" da o pillədən çıxa bilər. Hər iki komanda yeni dövrəyə pis başlamayıb. Aralarında güclü rəqabət gedir və bir xallıq fərq var. Yəni bu komandaların taleyini 1 oyun həll edəcək. Hər ikisi bərabər səviyyəli komandalardı.

 - Demək olar ki, diviziondan Premyer Liqaya yüksələcək ən real namizəd "Araz Naxçıvan"dı. Naxçıvan klubu elitadakı rəqabətə tab gətirə biləcək?

- "Araz Naxçıvan" Əsgər Abdullayevin başçılığı ilə çempionluğa gedən bir qrafiklə işləyir. Gələn il komandanın qarşısına hansı məqsəd qoyulacaqsa, bu məqsədə uyğun da heyət formalaşmalıdı. Ancaq unutmayaq ki, Naxçıvan klubu bu heyətlə "Simurq"u kubok yarışından uzaqlaşdırıb. Real baxsaq, elita üçün "Araz Naxçıvan" bir qədər də güclənməlidi. Çünki bu heyətlə Naxçıvan klubuna Premyer Liqada çox çətin olacaq.

- Kubok demişkən, qarşıda Azərbaycan kubokunun 1/4 final oyunları var. Fikrinizcə favoritlər hansı klublardı?

- Kağız üzərində "Bakı" və "Xəzər Lənkəran"ın şansı daha çoxdu. "Qəbələ" - "Qarabağ" və "İnter" - "Neftçi" oyunu gərgin keçəcək. 2 oyun olduğu üçün məşqçilər səfər oyununda fərqlənmək, ev oyununda top buraxmamağa çalışacaq.


Mənbə: Futbolinfo.az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2025
23:44

Fransa klubunu tərk edən mütəxəssis İngiltərə təmsilçisini çalışdıracaq

23:04

"Qrupu birinci pillədə başa vurmaq istəyirik" - Azərbaycan millisinin baş məşqçisi

22:49

FIFA prezidenti "Qarabağ"ı təbrik edib

22:11

DÇ: Azərbaycan millisi heç-heçə ilə başladı

21:53

Maradona ilə bağlı məhkəmə prosesi dayandırıldı - SƏBƏB

21:15

"Keyn ona təbrik yazmağımı istəmir" - "Tottenhem"in vingeri

20:48

"Biz Messi ilə tarixə düşmüşük, indi növbə..." - Ronaldinyo

20:10

İkinci Liqa: "Şahdağ Qusar" çempion!

19:41

"Tottenhem"ə azarkeşlik edirəm, amma..." - MY-nin yarımmüdafiəçisi

19:20

Məşhur fristayler DÇ üçün Azərbaycana gəldi

18:53

Mütləq dünya çempionu həyatla vidalaşdı

18:16

AL finalçılarının - "Tottenhem" və MY-nin şəxsi görüşlərinin statistikası

17:55

Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşdi

17:38

Postekoğlundan AL-in final ərəfəsində emosional açıqlama

17:19

AL-in finalından öncə kütləvi dava - İngilis fanatlar Bilbaoda aranı qarışdırdılar

17:01

MPL: Son turun təyinatları bəlli oldu

16:42

Minifutbol: Slovakiya hindistanlıları meydana çıxmağına peşman etdi

16:24

"Bu mükafatı qazana bilsək, klubun mentalitetini dəyişəcəyik" - Son Hın Min

16:05

"Araz-Naxçıvan"ın futbolçusu milliyə çağırıldı

15:48

"Ümid edirəm ki, ikinci cəhddə alınacaq" - Brunu Fernandeş

15:31

Azərbaycan - Macarıstan oyununun hakimləri bilindi

15:14

"Mingəçevir"in adı dəyişdirilir - EKSKLÜZİV

14:56

Minifutbol: Mundialda ilk darmadağın qeydə alındı

14:38

Oçe "Qəbələ"dən gedir, Massumo qalır, Şuaybu isə...

14:20

Jonatan Tanın yeni klubundakı maaşı da açıqlandı, müqavilə müddəti də

14:02

"Əl-İttihad" braziliyalı ulduzu sıralarına cəlb edir - MƏBLƏĞ

13:44

Del Pyero məşqçiliyə başlayır - "Bugündən məni "cənab" adlandıra bilərsiniz"

13:25

Amit Quluzadə 5 oyunluq diskvalifikasiya olundu

13:09

AFFA Premyer Liqanın iki klubunu cərimələdi

12:53

"Mançester Siti" onu tərk edən ulduza heykəl ucaldacaq

12:34

"Sumqayıt"ın legioneri milliyə çağırıldı

12:16

Region Liqası: Final oyununun hakimi bilindi

11:58

Minifutbol: Türkiyə millisi heç-heçə ilə başladı

11:40

"Real"ın ulduzu növbəti mövsümün startını buraxacaq

11:21

İlhan Mansız “Beşiktaş”ı bu futbolçudan qurtulmağa çağırdı - "O, hələ də oynayır?"

11:02

Ançelottinin köhnə və yeni komandaları qarşılaşacaq - Vida matçı

10:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:24

“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın 17 boksçusu finala yüksəldi

10:05

Minifutbol: Bakıda mundial başlayır

09:44

AFFA "Neftçi" İK-in şikayətini təmin etmədi

Facebookdan bizi izləməyi unutmayın.
X