Bu gün AFFA-nın inzibati binasında İntizam Komitəsinin növbəti iclası keçırıləcək. İclasda ötən XXIV turda hakimlərin cəzalandırdığı futbolçuların da "hökmü oxunacaq".
Fanat.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda bu iclasda əlavə cəza ala bilər. "Neftçi" ilə matçın 14-cü dəqiqəsində rəqibə qarşı kobudluğu hakimin nəzərindən qaçdığını səbəb gətirən mənbənin dediyinə inansaq, Almeydanın iki oyun cəzalanması gözlənilir. Amma bütün bunlar hələ ki, dəqiq deyil. Dəqiq olansa "Neftçi"nin Araz Abdullayevə verilən "qırmızı"nın ədalətsiz olması ilə bağlı AFFA-ya müraciət etməsidi. Sözü gedən müraciətin nəticəsini bilmək üçün bir az gözləmək məsləhətdi.
Fanat.az