"Adana Demirspor"un hücumçusu Mario Balotelli agenti Mino Rayolanın ölümünə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında belə yazıb:
“Həyatda və futbolda həmişə mənimlə olacaqsan! Sənin məni danlamağın, köməyin, məsləhətlərin, zarafatların və strategiyan həmişə yadımda qalacaq.
Mən səni sevirəm və həmişə ikinci ata kimi sevəcəyəm. Əminəm ki, həyatımda həmişə var olacaqsan! Yaxşı yol, Mino!"
Emin