Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" aprel ayında keçirdiyi oyunlarda fantastik göstərici ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, ağdamlılar aprel ayında APL çərçivəsində çıxdığı 4 oyunda 18 qol vurub və cəmi 1 qol buraxıb:
Qarabağ - Səbail 5:1
Sumqayıt - Qarabağ 0:3
Qarabağ - Şamaxı 8:0
Qəbələ - Qarabağ 0:2
Elə həmin ayda da Azərbaycan Kubokunun yarımfinal mərhələsində "köhlən atlar" "Qəbələ"yə qarşı iki oyun keçiriblər. "Ağdamlılar" 2 oyunun nəticəsinə görə "qərmızı-qara"ların qapısından 8 top keçirib, əvəzində cəmi 1 qol buraxıb:
Qəbələ - Qarabağ 1:3
Qarabağ - Qəbələ 5:0
Aprel ayında "Qarabağ" klubu ümumilikdə 26 dafə rəqib qapısına yol tapıb və cəmi iki qol buraxıb.
Hazırda "Qarabağ" klubu 58 xalla APL-in turnir cədvəlinə başçılıq edir. "Köhlən atlar" may ayının 27-si Ölkə Kubokunun finalında "Zirə" ilə qarşılaşacaq.
Emin Şəmsiyev