“Everton”un hücumçusu Riçarlison “Çelsi”yə 1:0 hesabı ilə uduzduqları oyundan sonra üç oyunluq cəza təhlükəsi ilə üzləşib.
Fanat.Az xəbər verir ki, görüşdə vurulan yeganə qolu qeyd edərkən 24 yaşlı braziliyalı qazondan məşəl götürərək yenidən tribunalara atıb.
Qarşılaşma zamanı hakim Riçarlisonu cəzalandırmayıb, lakin İngiltərə Futbol Assosiasiyası intizam tədbirinə əl atacaq. Futbolçunun cərimə olunacağı da gözlənilir. "Liverpul" klubu futbolçunun sadəcə, yanğını qazondan kənarlaşdırmaq istədiyini bildirib.
Unreal @richarlison97 throwing the flare there hahahaha pic.twitter.com/CZEEoS4w4F
— Michael (@MichaelSwan98) May 1, 2022
Mirağa