"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik mövsümün sonunda "qırmızı şeytanlar"ın sıralarını tərk edəcəyi deyilən Kriştianu Ronaldunun gələcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun söylədiklərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Bunu yeni baş məşqçi Erik ten Haqdan soruşsanız, daha yaxşı olar. Ronaldu "Mançester Yunayted" üçün hələ də vacib fiqur olduğunu göstərib. Amma dəqiq olan budur ki, MY-yə daha çmox sayda hücumçu lazımdır".
52 yaşlı ten Haq mövsümün yekununda "Ayaks"la vidalaşaraq Ranqniki əvəzləyəcək. Avstriya millisinə baş məşqçi təyin edilən alman çalışdırıcının isə paralel olaraq, Mançester klubunda da başqa vəzifədə işləyəcəyi gözlənilir.
Ötən yay sabiq komandasına qayıdan Ronaldu "qırmızı şeytanlar"ın formasıyla bütün turnirlərdə 37 oyuna çıxıb. Bu qarşılaşmalarda 23 qol vuran Kriştianu 3 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat