"Liverpul"un hücumçusu Məhəmməd Salah iş yerini dəyişmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Mənbə misirli forvardın İngiltərə klubunun yeni müqavilə təklifini geri çevirdiyini və PSJ-yə keçməkdə maraqlı olduğunu vurğulayıb.
"Qırmızılar"la olan indiki anlaşmasının müddəti 2023-cü ildə başa çatacaq Salahın bu yay Paris təmsilçisinə satılmaq ehtimalının yüksək olduğu bildirilib.
Bu mövsüm İngiltərə Premyer Liqasında 32 matça çıxan Mo 22 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. O, Çempionlar Liqasında keçirdiyi 11 qarşılaşmada 8 dəfə rəqib qapılarına yol tapıb.
Nihat