PSJ-nin hücumçusu Lionel Messinin karyerasında 500-cü qolunu vurduğu forması hərracda 400 min avrodan baha satılıb.
Fanat.Az xəbər verir ki, məlumat “Marca” nəşrinə məxsusdur.
"Barselona"da çıxış edən Messi 23 aprel 2017-ci ildə "Real Madrid"lə səfər matçında 500-cü qolu vurub. Argentinalı futbolçunun bu qolu həlledici olub. Həmin görüşdə superulduz dubla imza atıb (3:2). Fərqləndikdən sonra Messi köynəyini çıxararaq Madrid fanatlarına göstərib.
"Qızıl top"un yeddiqat qalibi 2021-ci ildə "Barselona"nı tərk edərək azad agent qismində PSJ-yə keçib.
34 yaşlı Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
Emin