Ardıcıl 10-cü dəfə Almaniya çempionu olan "Bayern Münhen" hücumçusu Tomas Müllerlə müqavilə yeniləyib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı oyunçu müddəti 2024-cü ilə qədər olan anlaşmaya qol çəkib.
Sözügedən forvardın əvvəlki sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər idi.
Müller "Bayern"in öz yetirməsidir. Bu mövsüm Almaniya Bundesliqasında 30 matça çıxan hücumçu 7 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat