"Real Madrid" futbolçusu Kazemironu PSJ-yə satmaqdan vaz keçib.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Xəbərə görə, "Kral klubu" fransızlarla danışıqlar aparmaqdan imtina edib.
30 yaşlı braziliyalı yarımmüdafiəçi də İspaniyadan ayrılmaq istəmir.
Qeyd edək ki, Kazemironun "Real Madrid"lə cari müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Röya