"PSV Eyndhoven"in futbolçusu Mario Götze gələcək planları ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, alman yarımmüdafiəçi "Kicker"ə açıqlamasında MLS-də oynamaq istədiyini bildirib:
"Mümkün olduğu müddətdə Avropada oynamaqdan zövq almağa çalışıram. Daha sonra isə MLS-ə getmək istəyirəm. Bu, əla olardı. Ancaq dəqiq planım yoxdur. Çünki gələcəklə bağlı nəsə təxmin etmək üçün futbol çox dinamikdir".
Qeyd edək ki, Götzenin Niderland klubu ilə hazırki müqaviləsi 2024-cü ildə başa çatır.
Röya