Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fabritsio Romano, insayder : "Serxio Busgets "Barselona"da daha bir mövsüm keçirmək istəyir. Xavi onu komandanın vacib hissəsi kimi görür. MLS klubları da futbolçu ilə maraqlanır, lakin yarımmüdafiəçi keçən yay təklifləri rədd edib. O, 2023-cü ilin yayında ABŞ-a yollanmaq barədə düşünə bilər".
"El Nacional" nəşri: "Lionel Messi PSJ-dəki gələcəyi sual altındadır. Paris klubunun rəhbərliyini Kriştianu Ronaldunu transfer etmək fikrindən əl çəkməsə, argentinalı ulduz komandadan ayrılacaq".
Dani Alves: “Xavi "Barselona"nın sahib ola biləcəyi ən yaxşı müəllimdir. Ondan ən yaxşısını öyrənmək lazımdır. Biz pozitiv olmalı, gələcəyə nikbin baxmalıyıq. Düşünürəm ki, klub onunla olan müqaviləsini ən azı daha 5 il müddətinə uzatmalıdır”.
AS nəşri: "Real Madrid" yarımmüdafiəçisi Orelyen Tçuamenini heyətinə qatmaq üçün "Monako" ilə danışıq aparır. Fransa klubu 22 yaşlı futbolçunu 70 milyon avroya satmaq niyyətindədir. Madridlilər ümid edir ki, Tçuameni özü agentinin köməyi ilə qiyməti 50-60 milyon avroya endirə bilər.
Canluka Di Martsio, insayder: “PSJ “Napoli”nin hücumçusu Osimhen üçün mübarizəyə qoşulub. Fransa klubu Osimheni Kilian Mbappe "Real Madrid"ə keçəcəyi təqdirdə, onun yerinə əsas namizəd kimi görür."
Emin Şəmsiyev