“Qəbələ”nin əvəzedici komandasının keçmiş baş məşqçisi Darill Villard karyerasını Yunanıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, ingiltərəli mütəxəssis “Episkopi” klubu ilə anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yunanıstanın 2-ci liqasında çıxış edən və hazırda 7-ci yerdə qərarlaşan klub 39 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Daril Villard 2010 – 2012-ci illərdə “Qəbələ”yə rəhbərlik edib. Kollektiv onun rəhbərliyi altında əvəzedicilərin çempionatında bürünc və gümüş medallara sahib çıxıb. O, həmçinin, artıq fəaliyyətini dayandıran AZAL klubunda akademiyanın direktoru olub.