15:32 04.05.2022 975

Diniyev İK-nın qərarlarını şərh etdi: "Qarabağ"a görə bunu etmək olardı"

Ötən həftə AFFA İcraiyyə Komitəsi (İK) ölkə futbolu üçün bir neçə vacib qərar qəbul etdi. Qurumun növbəti mövsümdən qüvvəyə minəcək qərarlarından bir neçəsi futbol ictimaiyyətində ciddi müzakirəyə səbəb oldu. Söhbət Premyer Liqada gənc (yaşı 21-ə qədər olan) futbolçular üçün yaş limitinin ləğv olunmasından, eləcə də əvəzetmə sayının dəyişdirilməməsindən (3 əvəzetmə sayı saxlanıldı) gedir.

Təsadüfi deyil ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlamasında qərarlara belə münasibət bildirmişdi: "Maraqlıdır ki, bizim fikirlərimiz öyrənilir, amma qərar fərqli olur. Klublar Komitəsi yığışıb müzakirə də aparmışdı. Klublara məlumat gəlmişdi ki, bu gün yenə də müzakirə olunacaq, amma qərar sonra açıqlanacaq. Soruşmuşdular, demişdim ki, biz heç bir fikir bildirməyək, digərləri nə desə, o da olsun. Kiçik fikir bildirdik, fərqli qərar verdilər. Bundan sonra ümumiyyətlə, fikir bildirməyəcəyəm. Fikirlərimizə önəm verilmirsə, bizə öz işimizlə məşğul olmaq qalır. Qərarlara təəccüblənmədim, ciddi dəyişiklik olmadı. İcraiyyə Komitəsində necə istədilərsə, o da oldu. Yəqin ki, özləri açıqlama verəcəklər. Görünür, dərindən düşünüb qərar veriblər". 

Fanat.Az müzakirələrdə iştirak edən Məşqçilər Komitəsinin üzvü, millinin keçmiş baş məşqçisi Şahin Diniyevin İK-nın qərarlarına münasibətini öyrənib.

Təcrübəli mütəxəssis əvəzetmə sayı ilə bağlı qərarda "Qarabağ"ın istəyini nəzərə alınmalı olduğunu bildirib: 

"İlk növbədə onu deyim ki, Məşqçilər Komitəsi müzakirələrdə iştirak etsə də, bizim qərar vermək səlahiyyətimiz yoxdur. Yadınızdadırsa, klublarla görüşlərimiz olurdu. Həm rəhbərlik, həm də baş məşqçilərlə görüşür, klublarda olan problemlərlə maraqlanır, təkliflərini dinləyirdik. Həmin görüşlərin yekunu olaraq, tövsiyyə və raport xarakterli mövqeyimizi AFFA rəhbərliyinə çatdırırdıq. Klublarla bütün müzakirələrdə ən birinci problem kimi yaş limiti qabardılırdı. Həqiqətən də peşəkarlıq baxımından düzgün deyildi, süni bir detal idi. Məşqçi hansısa mövqeyə məcburiyyətdən gənc oyunçu buraxır, oyunun keyfiyyəti aşağı düşürdü. Məcburiyyətdən irəli gələn dəyişiklik edilirdi. Bu qərar o vaxt U-21 yığması düşünülərək qəbul olunmuşdu. Bir sözlə, illərdir yığılıb qalan problem idi. Klublar Komitəsinin iclasında da hamı yekdil rəy bildirdikdən sonra İntizam Komitəsi həmin limiti ləğv etdi. Yaş məcburiyyətinin götürülməsinə müsbət yanaşıram. Yaxşı qərardır, bundan sonra əvəzetmələr zamanı oyunlarda keyfiyyət artımı gözləniləndir. 

Şəxsən razılaşmadığım qərar oyunçu əvəzetməsi ilə bağlıdır. Düzdür, müsbət tərəfi də var. Əvəzetmənin artırılması pandemiya dövrü ilə əlaqəli idi. Futbolçuların çox oyun keçirməsi nəzərə alınmışdı. Azərbaycanda "Qarabağ"dan başqa heç kimin ehtiyat qüvvəsi o səviyyədə deyil ki, 5 əvəzetmə ilə oyunun ritmini, dinamikasını birəbeş artırsın. Hərəsində bir-iki belə oyunçu var, bəzisi heç əvəzetmə istəmir. Digər tərəfdən, bizdə çox oyun olmur. Çempionat cəmi 28 tur davam edir. Futbolçulara böyük yük düşmür. Avropa ilə ayaqlaşmaq istəyiriksə, beynəlxalq oyunlarda 5 əvəzetmədən istifadəyə icazə verilir. "Qarabağ"dan danışırıqsa, bəli, yerli çempionatda 3, avrokubokda 5 əvəzetməylə oynaması çətinlik yarada bilər. Avropayla ayaqlaşmaqdan danışırıqsa, "Qarabağ"a görə bunu etmək olardı. Artırın getsin də, kim istəyər istifadə edər, kim istəməz eləməz. Şəxsən, mən də əvəzetmə sayının artırılmasının tərəfdarı idim".

Diniyev İK-nın digər qərarlarını da şərh edib:

"Xoşdur ki, Premyer Liqa və Birinci Divizionda bölgə komandalarının sayı artırıldı. Premyer Liqaya "Kəpəz" və "Turan Tovuz"un gələcəyi gözlənilirsə, aşağı liqaya "Araz-Naxçıvan", "İmişli" və "Mingəçevir"in buraxılması müsbət addımdır. Region komandalarının sayının artması futbolumuzun inkişafına təkan verəcək. Onların sayəsində hətta 3-cü peşəkar liqanı yaratmaq mümkün olacaq. 

6+5 limiti niyə saxlanıldı? 21 yaşa qədər gənc yerli oyunçu statusunun ləğvindən sonra iki əsas variant müzakirə olunurdu: yerlilərin sayının artırılması, legioner sayının 7-yə çatdırılması, yəni limitin 7+4-ə dəyişdirilməsi. Ancaq belə qərar qəbul olundu ki, növbəti mövsüm 6+5-ə dəyməyək. Çünki bu limit Azərbaycan futboluna düşərli olub. Vaxt olub legioner limitini götürülüb və ya 8+3, 7+4 olub, ancaq təhlil etsək, 6+5 olan illərdə klublarımız avrokuboklarda uğurlu çıxış ediblər. Bu sistemin tətbiq olunduğu illərdə "Qarabağ"ın, "Qəbələ"nin, "Neftçi"nin qrup mərhələsinə düşməsinə şahid olmuşuq. Üstəlik, milli komanda da həmin illərdə 10-a yaxın xal yığıb. Fikrimcə, avrokuboklarda ən uğurlu komandamız olan "Qarabağ"a da ziyanı olmayacaq. Çünki Ağdam klubu hər avrokubok oyununda minimum 5, maksimum 6-7 yerli futbolçunun xidmətindən istifadə edir. Bu nüanslar nəzərə alınaraq, limit 6+5 saxlanıldı".     

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X