"Tottenhem" bu ayın sonuna kimi "Sportinq"in portuqaliyalı yarımmüdafiəçisi Joao Palinya üçün təklif göndərməyə hazırlaşır.
Fanat.Az "Jornal de Noticias"a istinadən xəbər verir ki, "Tottenhem"in baş məşqçisi Antonio Konte 26 yaşlı futbolçunu bəyənir və onunla müqavilə bağlamaqda maraqlıdır.
Yarımmüdafiəçi "Sportinq"in heyətində bütün yarışlarda 36 oyuna çıxıb və 3 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Emin