"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 25-ci turunun oyununu - "Zirə" ilə səfər matçını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşün ardından belə danışıb.
“Fikirləşdiyimiz kimi, oyun ağır keçdi. Uduzduğumuz zaman da komandamdan razı qalmışam. "Zirə" yaxşı komandadır. Rəşad Sadıqov güclü komanda formalaşdırıb. “Qəbələ” mövsüm ərzində iddiasını meydanda göstərib. Mövsümboyu olduğu kimi, bu gün də futbolçular verilən tapşırığı yerinə yetirməyə çalışdılar".
Baxşıyev sona 3 tur qalsa da, hələ də avrokuboklara vəsiqə barədə düşünmədiklərini söyləyib: “Qələbə xoşdur. Amma dayanmaq fikrimiz yoxdur. Mövsümü layiqincə başa vurmağa çalışacağıq. Nə mən, nə də komandam avrokubok barədə düşünür. İndi yalnız “Neftçi” ilə qarşıdakı görüşü fikirləşirik”.