"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunundan - "Sumqayıt"la səfər qarşılaşmasından sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşan matçı belə dəyərləndirib:
"Ənənəyə çevrilən çətin səfər oyununda qələbə qazandıq və çempionatda seriyanı davam etdirdik. Rəqib qırmızı vərəqə alsa da, oyuna nəzarət bizdə idi. Kubokdakı məğlubiyyətdən sonra bu basqının altından çıxmaq asan deyildi. Gənc futbolçularımızı təbrik edirəm. Öz üzərlərində işləsinlər, biz də onlara dəstək olarıq".
Reallıqları dərk edən insanlar var. Ən yaxşısını etdiyimizi düşünürəm. Bu qədər gənc futbolçu oynadan olmamışdı. Çempionatda seriyanı uduzmadan davam etdirməyimiz futbolçularımızın, xüsusilə, təcrübəlilərin böyük zəhmətinin nəticəsidir. Bugünkü reallıq belədir ki, çıxdığımız oyunlarda mübarizə aparmalıyı. Son dəfə hansı oyunda qol buraxdığımıza baxsaq, müsbət məqamlardan birini görərik. Bunları edə biliriksə, o qədər də pis nailiyyət deyil.
Bu gün bir neçə oyunçumuzun yoxluğunda da sistemi niyə dəyişdiyimizi deyən olacaq. İstər çölümüzdən, istərsə də içimizdən. Araşdırmadan "niyə filankəs oynamadı" sualları ortaya çıxır. Elə oyunlarımız olub ki, komanda daxilində çaxnaşma salmağa çalışıblar. O qədər vacib oyunlar öncəsi belə hallar olub ki... Baş məşqçi önəmli matçlardan əvvəl kiməsə deyə bilərmi ki, səni istəmirəm? Bu cür vəziyyətdə ab-havanı qoruya bilmişiksə, kubokdakı məğlubiyyətdən sonra uda biliriksə, böyük nailiyyətdir".