Futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”na hazırlığını davam etdirən “Araz” heyətini gücləndirib. Fanat.az xəbər verir ki, Naxçıvan təmsilçisi Moskvanın “Dina” klubunun qapıçısı Aleksey Popovla müqavilə imzalayıb. Qolkiper “Araz”da mövsümün sonunadək icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, futzal üzrə UEFA Kubokunun “Dördlər finalı” aprelin 24-26-da Bakıda keçiriləcək. Final mərhələsində “Araz”la yanaşı, ”Barselona” (İspaniya), “Dinamo” (Rusiya) və “Kayrat” (Qazaxıstan) komandaları da birincilik uğrunda mübarizə aparacaq.
Fanat.az