İngiltərənin dördüncü divizionunda çıxış edən "Krouli Taun"un baş məşqçisi Con Yems futbolçulara qarşı irqi ayrı-seçkilikdə ittiham olunur.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Krouli Taun" klubunun oyunçularından birinin şikayətindən sonra yerli futbol assosiasiyası Yemsin hərəkətləri ilə bağlı araşdırmaya başlayıb.
Məlum olub ki, məşqçi klubun bazasında iki paltardəyişmə otağından istifadə edib: biri ağdərili futbolçular, digəri qaradərililər və asiyalılar üçün.
Yems həmçinin qaradərili futbolçulardan birini “qara zulu döyüşçüsü”, asiyalı oyunçuları isə "terrorçular", "kamikadzelər", "it yeyənlər" və "köri həvəskarları" adlandırıb. Bundan əlavə, Yems Kipr əsilli gənc futbolçuya meydanda özünü “yunan manekeni” kimi apardığını deyib.
Qeyd olunur ki, məşqçinin irqçi davranışları bir neçə il davam edib. Məlumatın açıqlanmasından sonra Yems işdən uzaqlaşdırılıb. Mütəxəssis özü isə bütün ittihamları inkar edir.
Emin