Pep Quardiolanın 11 illik Çempionlar Liqası həsrətindən sonra "Barselona"nın keçmiş oyunçusu Yaya Turenin meneceri Dmitri Selyuk qəribə iddia ilə çıxış edib.
Fanat.Az xəbər verir ki, Fil Dişi Sahili veteran futbolçunun meneceri "Mançester Siti"nin baş məşqçisinin şamanlar tərəfindən lənətləndiyini dilə gətirib:
"Quardiola Afrikanı saya salmadı. Əminəm ki, afrikalı şamanlar Pepin Çempionlar Liqasını qazanmasına imkan verməyəcək. Afrika daim onun lənəti olacaq".
Bu yerdə YayaTurenin 2018-ci ildəki açıqlaması yada düşür:
"Quardiola çox ağıllı oğlandır, onu küncə sıxışdırmaq çətindir. O, heç vaxt afrikalı oyunçuları sevmədiyini etiraf etməyəcək. Amma bir gün 5 afrikalı oyunçu ilə start heyəti seçsə, ona tort göndərərəm".
Mirağa