Ötən ilin yayında "Neftçi"yə keçən və qış fasiləsində Bakı təmsilçisindən ayrılaraq Fransanın "Şatoru" klubu ilə 3 illik müqavilə bağlayan Romen Bask yenidən ağ-qara formanı geyinə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bakılılar fransalı oyunçu ilə əlaqə saxlayıb.
O, "Neftçi" rəsmiləri ilə telefon danışığı zamanı paytaxt təmsilçisində oynamaqda maraqlı olduğunu deyib. Hazırda "Şatoru" ilə danışıq aparan Bask müqaviləsini qarşılıqlı razılıq əsasında pozulmasına çalışır.
Cinah müdafiəçisinin yarım mövsüm şərəfini qoruduğu Bakı klubuna dönməsini baş məşqçi Samir Abasov da istəyir. O, Premyer Liqanın 25-ci turunun oyunundan - "Sumqayıt"la səfər matçından (2:0) sonra da Baskın tələsik qərar verdiyini vurğulayaraq ona yenidən qucaq açmağa hazır olduqlarını dolayı yolla ictimaiyyətə çatdırıb.
Emin