Region Liqası çərçivəsində keçiriləcək yarımfinal oyunlarından birinin vaxtı və yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, finala vəsiqə uğrunda "Xan Lənkəran" və "Araz Naxçıvan" komandaları arasındakı görüş Bakıda baş tutacaq.
Qarşılaşma 15 may, saat 16:00-da "ASK Arena"da (əsas meydança) keçiriləcək.
Qeyd edək ki, yarımfinal mərhələsi bir oyundan ibarətdir.
Mirağa