"Vest Hem"in baş məşqçisi Devid Moyes Avropa Liqasının yarımfinalında "Ayntraxt"a 0:1 hesabı ilə məğlub olduqları matçı şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti Moyesin dediklərini belə çatdırıb: "Çox çalışdıq. Şanslarımız oldu və düşünürəm ki, rəqibdən daha çox hücum etdik. “Ayntraxt”ı təbrik etməli və ona ən yaxşısını arzulamalıyıq. Bu turnirdə məncə, “Ayntraxt”dan güclü komandaları məğlub etmişdik".
Emin