“Qarabağ” klubu 2021-ci il üçün maliyyə hesabatını açıqlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilşisi yayım hüququndan, bilet satışından, sponsor müqavilələrindən, reklam və gəlirlərdən 16 311 300 manat qazanıb.
2020-ci ilin müvafiq dövründə bu rəqəm 12 584 700 manat olub.
Klubun ümumi aktivləri 32 519 800 manata bərabərdir (2020-ci ildə 29 683 000). Əməliyyat xərclərinə 19 804 200 manat (ötən il 16 075 800) vəsait sərf edib. Əmək haqqı və mükafat xərcləri 11 450,6, əsas vəsaitlərin amortizasiyası 496,8, qeyri maddi aktivlərin köhnəlməsi 1 530,6, sair xərclər 6 326, 2 təşkil edib.
Ümumiyyətlə, “Qarabağ” ötən il 3 568 000 xərcləyib. Bir il əvvəl bu rəqəm 3 775 000 manat idi.