UEFA Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və Beynəlxalq Futbol Federasiyası (FIFA) futbol matçlarının ümumi vaxtını 60 dəqiqəyə endirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Tanınmış sabiq hakim Mark Klattenburq nəşrə bildirib ki, "təmiz oyun vaxtı"nın tətbiqi variantı da nəzərdən keçirilir:
“Hakimlər oyunu dayandırmağın mübahisəli məsələ olduğunu bilirlər. Qalib komanda az, uduzan tərəf daha çox oyun vaxtı istəyir. Düşünürəm ki, həll yolu var. "Təmiz vaxt"ın tətbiqi ilə 60 dəqiqəlik matç ən yaxşı variantdır. Yeni ideya hazırda Pyerluici Kollina, FIFA və IFAB tərəfindən nəzərdən keçirilir. Bu sistem basketbolda işləyir, futbolda da işləyə bilər.
Məsələn, top oyundan kənarda olduqda, zədələnmiş oyunçu həkim köməyinə ehtiyac duyduqda və ya futbolçular hakimlə danışarkən referi matçı dayandıracaq. Beləliklə, hər qarşılaşmanın müddəti müəyyənləşəcək və biz vaxt məsələsindəki ziddiyyətdən xilas olacağıq”.
Emin