"Mançester Yunayted"in keçmiş müdafiəçisi Rio Ferdinand PSJ-nin hücumçusu Kilian Mbappe barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı veteran "Canal Champions Club"a belə danışıb:
“Mbappenin oyununu bəyənirəm. Onun yerinə olsam, Çempionlar Liqasını qazana biləcək komandaya gedərdim. Bu, indi PSJ üçün mümkünsüz görünür.
Bu səviyyədə seçim pulla idarə olunmur. O, özü üçün ən yaxşı seçimi etməlidir. Uğurlu variant kimi PSJ-ni düşünürsə, elə də olsun. Onun üçün əsas sual belə olmalıdır: Mən maksimumu harada göstərə, qalib gələ və ən yaxşı olmaq üçün nə edə bilərəm?
Messi və Ronaldu artıq "Qızıl top"a əsas namizəd olmayacaq. Onların varisi kim olacaq? Mbappe sübut etməlidir ki, onun növbəsi çatıb".
Mirağa