“Sumqayıt” Azərbaycan milli komandasının sabiq futbolçusu Saşa Yunisoğlunun keçidini rəsmiləşdirir. Apasport.az saytının məlumatına görə, AZAL-dan ayrılan 28 yaşlı müdafiəçinin ilə danışıqlarda ilkin razılıq əldə olunub. Saşa ilə gələn həftənin ilk günü müqavilə imzalanmağı ilə transfer gerçəkləşəcək.
Sumqayıtlıların 4 futbolçu ilə anlaşması bitib ki, bunlar müdafiəçilər Aftandil Hacıyev, Xəyal Mustafayev, Emin Cəfərquliyev və hücumçu Sabir Allahquliyevdir. Ancaq onlardan birdəfəlik imtina olunmayaraq, hansısınsa qalmağı mümkündür.
Belə ki, “Sumqayıt” müdafiənin mərkəzinə və sağ cinahına oyunçu tapmazsa, Aftandillə Xəyalı saxlamalı olacaq. Komanda müqavilə ilə “Neftçi”yə məxsus sol cinah müdafiəçisi Slavik Alxasovu yenidən icarəyə götürmək istəyir ki, Emin həmin mövqedə oynayır. Pərdis Fərzad-Azadın “Xəzər Lənkəran”ın keçidi ilə sumqayıtlılara yaxşı mərkəz hücumçusu lazımdır. Bu mövqedə boşluq aradan qaldırılmasa, Sabirlə yeni anlaşma imzalanmağı istisna olunmur.
İdman24.az