Futbol üzrə Latviya çempionatında 11-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
Azərbaycanlı futbolçuların komandası öz meydanında RFS-ə ilə 1:4 hesabı ilə uduzub.
Şakirlə Asim start "11-lik" də yer alıb. Əlizadə fasilədə, Seyidov isə 71-ci dəqiqədə əvəzlənib.
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 11 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə mövqe tutub.
Nihat