Fransa millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba bu yay klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Guardian" nəçri məlumat yayıb.
Xəbərə görə, yayda azad agent olacaq fransız futbolçu "Mançester Siti" ilə müqavilə imzalaya bilər.
"Şəhərlilər"in baş məşqçisi Xosep Quardiola Poqbanın transferində israrlıdır.
29 yaşlı futbolçunun özü də Quardiola ilə işləməkdə maraqlıdır.
"Mançester Siti" Poqbaya 4 illik müqavilə təklif etməyə hazırdır.
Emin