"Mançester Siti" klubu yaxın günlərdə Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandın transferini açıqlayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış italiyalı insayder Nikola Skira özünün sosial şəbəkə hesabları üzərindən yayıb.
Mənbə tərəflərin bütün şərtləri razılaşdırdığını və "şəhərlilər"in bu həftə ictimaiyyətə məlumat verəcəyini vurğulayıb.
Holand 2020-ci ilin qışından "Borussiya"dadır. 22 yaşlı norveçli Almaniya klubunun formasıyla çıxdığı 88 oyunda 85 qol vurub. Onun transfer qiyməti 150 milyon avro ilə dəyərləndirilir.
Nihat