"Lids Yunayted"in hücumçusu Rafinya "Barselona"nın transfer siyahısındadır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Mənbə Kataloniya təmsilçisinin braziliyalı hücumçunu münasib qiymətə heyətə qatmaq üçün mövsümün sonunu gözlədiyini vurğulayıb. "Barsa" bosslarının "Lids"in Çempionşipə yuvarlanmaq ehtimalını nəzərə aldıqları və belədə, qiyməti düşəcək futbolçunu təxminən 25 milyon avro qarşılığında transfer etmək istədikləri bildirilib.
25 yaşlı Rafinya 2020-ci ilin oktyabrından "Lids"də çıxış edir. "Sambaçı" Fransanın "Renn" klubundan 18,6 milyon avroya transfer edilib. "Transfermarkt" portalı cənubi amerikalı forvardın transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.
Bu mövsüm İngiltərə Premyer Liqasında 32 matça çıxan Rafinya 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubuyla olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq.
Nihat