"Vilyarreal"ın müdafiəçisi Pau Torres karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.
O, Torresin xidmətində "Mançester Yunayted"in maraqlı olduğunu vurğulayıb. Növbəti mövsümdən "qırmızı şeytanlar"a rəhbərlik edəcək niderlandlı çalışdırıcının - Erik ten Haqın da Paunu sərəncamında görmək istədiyi bildirilib. Mənbə transfer qiymətinin 60 milyon avro olması faktına görə MY-nin hələ qarşı tərəfə rəsmi təklif göndərmədiyini, lakin tərəflərin yaxın vaxtlarda danışıqlara başlayacağını açıqlayıb.
Bu mövsüm bütün turnirlərdə 43 matça çıxan Torres 5 qol vurub. Onun "Vilyarreal"la olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq.
Nihat