22:26 09.05.2022 500

Samir Abasov: "İstefa məsələsinə gəldikdə isə..."

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-cı turunun oyunundan - "Qəbələ" ilə səfər qarşılaşmasından sonra ənənəvi mətbuat konfransına qatılıb. 

Fanat.Az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşan matçı belə dəyərləndirib:

"Bəlkə də ilk dəfə idi ki, oyuna təzyiqsiz başladıq. Udub-uduzmağımız heç bir şeyi həll etmirdi deyə ilk dəfə futbolçularımız bu mövsüm oyuna belə başladı. Rəqibi təbrik edirəm. Deyiləsi elə də çox çey yoxdur. Turnir cədvəlinin ikinci pilləsində yerimizi bərkitməyimiz futbolçulara bir az arxayınlıq verdi. Rəqib barədə olan təxminlərimiz düz çıxdı. Onlar olduqca istəkli görünürdülər. Biz isə öz növbəmizdə oyuna nəzarəti əlimizdə saxladıq. Əfsuslar olsun ki, yaranan vəziyyətləri düzgün qiymətləndirə bilmədik. İkinci yeri tutduğumuza görə futbolçularımı və onların ailələrini təbrik etdim. 

Mbocun hərəkətinə gəldikdə isə deyim ki, soyunub-geyinmə otağında da onunla bağlı həmin vəziyyətdir. Onun çılğınlığı əvəzetmə ilə bağlı deyil. Mən onu tanıyıram. Mbocun bu reaksiyası buraxdığımız qol və yaranan vəziyyətlə bağlı idi. Yenə də onu sakitləşdirməyə çalışırıq. İnanın səmimiyyətimə ki, bu əvəzetmə ilə bağlı deyil. 

"Qarabağ"ın çempionluğuna gəlincə, biz bununla çoxdan barışmışıq. Yaranan 12-14 xallıq fərqi aradan qaldıra bilməyəcəkdik. Bu il ikinci yerdə olmağımızda futbolçularımızın əməyi danılmazdır. Əsas rəqibimiz çempion olsa da, ümumi ab-havanı pozmadan matçlara çıxdıq. Xatirinizdədirsə, dekabrda iki oyunda ard-arda məğlub olmuşduq. Yəni bundan da aşağı pillədə ola bilərdik. 

İstefa məsələsinə gəldikdə isə... Məndən bunu cavablandırmağımı xahiş etməyin. Bunu yaxşı tonda cavablandıra bilməyəcəm. Bu, anormallıqdır. Rəqibin heyətində üç yüz - dörd yüz minlik oyunçular varsa, bizdə belə futbolçu bir nəfərdirsə, çempionluq uğrunda mübarizə alınmır. İllərlə qurulmuş komandaya qarşı mübarizə aparırıq. Vicdanımla deyirəm ki, bu gün "Neftçi" üçün ikinci yeri tutmaq yaxşı nəticədir. Azarkeşlər sırf "istefa" qışqırmaq üçün gəlmişdilər. Əgər bizim əzəli rəqibimiz "Qarabağ"ın azarkeşləri də bununla "məzələnir"sə, önəm verməyə dəyməz. Ümumiyyətlə, mən azarkeşlər tərəfindən təzyiqə fikir vermirəm, gələcəkdə də bunu etməyəcəyəm. 

İnanın dediklərimə, vaxt olub futbolçularla fanatlar arasındakı münasibəti mən düzəltmişəm. Amma görünən odur ki, azarkeşlərimiz özü də bir nöqtəyə vurmur. Onlar bir neçə yerə parçalanıblar. Təzyiq "Neftçi"də həmişə olub, olacaq da. Bundan qorxmaqla inkişaf etmək olmaz. Mən Türkiyədə müsahibə verərkən demişdim ki, bizim azarkeşlər sırf nəticə azarkeşidir! Fanatlardan biri mənə deyirdi ki, biz çempion ola bilməyəcəyimizi bilirik, əsas komandamız ruhla oynasın. Bu sözləri deyən azarkeş bu gün mənə "istefa" qışqırır. Mən bunu normal hesab etmirəm. Deməli, mən həm haqlıyam, həm də haqsızam. 

Mən neçə ildir futboldayam, görməmişəm ki, azarkeş klub rəhbərini və ya məşqçisini dəyişsin".

- "Qarabağ" klubu ötən ilkindən güclü idi, yoxsa "Neftçi" keçən mövsümkündən zəif idi? 

- Baxın, "Qarabağ"ın illərdir çempion olması məni əlimdə olan gücə görə narahat edir. Amma mən nə edə bilərəm? O klubla təkbaşına mübarizə apara bilmərəm ki... O boyda büdcə yaratmaq, struktur qurmaq... Mən kiməm ki, bu miqyasda işin öhdəsindən gəlim? 

-  Söhbət klubun büdcəsindən düşən zaman adətən çalışırsınız ki, bu növ sualların cavabı mətbuatdan çıxsın. Açıq şəkildə problemin nə olduğunu deyə bilməzsinizmi? 

- İnanın ki, mən nəyisə demək istəsəm, elə buradaca deyəcəm. Heç zaman hansısa sualı natamam cavablandırmamışam. Belə bir şey olmayıb, yalandır. Klub daxilində olan hər bir prosesin də çölə çıxması normal deyil. İkinci məsələ də odur ki, büdcəni ayıran adam mən deyiləm. Halbuki büdcə ayrılmamasına, "Qarabağ"a çatmamağımıza görə də günahlandırılan mənəm.  

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
11:56

"Budəfəki kimi oynasaq..." - Kapitan komanda yoldaşlarına səsləndi

11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

Facebookdan bizi izləməyi unutmayın.
X