"Real Madrid"in əsas transfer hədəfi, PSJ-nin hücumçusu Kilian Mbappe bu gün komanda yoldaşı Əşrəf Hakimi ilə Madridə səfər edib.
Fanat.Az xəbər verir ki, daha sonra 23 yaşlı fransalı futbolçu sosial şəbəkələrdə İspaniyanın paytaxtından foto yerləşdirib.
Xatırladaq ki, Mbappenin PSJ ilə hazırkı müqaviləsinin müddəti bu yay başa çatır. Ulduz futbolçu Paris klubu ilə hələ yeni müqavilə imzalanmayıb.
Futbolçunun azad agent qismində "Real Madrid"ə keçməsi mümkündür.
Emin