PSJ-nin 19 yaşlı yarımmüdafiəçisi Eduar Mişyu bu yay Paris klubunu tərk etməyi planlaşdırır.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, gənc oyunçunun xidmətində 3 klub maraqlıdır.
Onlardan birinin "Sevilya" olduğu açıqlanıb. Mənbə İspaniya klubunun nümayəndələrinin hazırda sözügedən futbolçunun agenti ilə danışıq apardığını bildirib. Yazılanlara inansaq, transferin baş tutmaq ehtimalı yüksəkdir.
Mişyu 2016-cı ildən PSJ-dədir. O, əsas komandada 7 oyuna çıxaraq 1 məhsuldar ötürmə verməyə imkan tapıb.
Nihat